ISG – Azərbaycan Respublikasının ərazisində təsis edilmiş, özəl şirkətdir. Biz, ölkə xaricində müxtəlif fəaliyyət sahələrində özünü göstərən partnyorlarımızla birlikdə, ölkəmizə müasir texnologiyalar ve innovativ həllər təklif edirik. Artan biznes tələblərinə görə, biz müxtəlif layihələrin idarəetməsi ilə bağlı sahələrdə fəaliyyət göstərən yüksək səviyyəli xarici partnyorlarımızı bir araya gətirmək məqsədilə “İndustrial Solutions Group” u təsis etdik.
Missiyamız: Müştərilərimizə innovativ sənaye həllərininin təklif edilməsi, onların fəaliyyət sahələri üçün qabaqcıl həll yollarının istifadə edilməsində yardımcı olan, daimi ve sadiq muttəfiq olmaqdır.
Vizyonumuz: Global Bazarda sənaye həllərinin istehsalatdan treydinqə bütün xidmətlərini təqdim edən, ətraf mühitə qayğılı, markalaşmasını bitirmiş firma olmaqdır

Göstərdiyimiz xidmətlər
Kimya sənayesi məhsulları, o cümlədən qeyri-üzvi kimya, üzvi sintez kimyası, polimerlər kimyası, məişət kimyası və əczaçılıq kimyası məhsulları
Qazma prosesinin təhlükəsiz, effektiv və ətraf mühitə minimal dərəcədə zərər verəcək şəkildə olmasının təmin edilməsi üçün " Grand Shaft " və digər iş maşınları hissələrinin təmin edilməsi
Şirkətimizin beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə yaxın əməkdaşlığı sayəsində Avropa, Baltikyanı, Balkan, MDB və Mərkəzi Asiya ölkələrindən yüklərin avtomobil nəqliyyat vasitəsilə vaxtında və etibarlı daşınması, həmçinin anbarlarda təhlükəsiz saxlanılması təmin edilir.
















